Ali məktəblərə qəbul planı 90 faizdən çox dolacaq

Bu il ali məktəblərə qəbul planı 90 faizdən artıq dolacaq.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunan müzakirələrin yekunu ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, subbakalavrların qəbul qaydalarında hər hansı dəyişiklik yoxdur:
"Bu il ali məktəblərdə özəl əsaslı sifarişli yerlərin 90% dolacağı gözlənilir".
Trend