Şok iddia: Ukraynada nadir torpaq metallarının olması təsdiqlənmir


Ukraynanın ABŞ-ın ümid etdiyi mineral sərvətlərə malik olduğuna dair heç bir sübut yoxdur.


AFN.az xəbər verir ki, belə bir iddia ilə “El Mundo” qəzeti çıxış edib. Nəşr bu haqda ABŞ-ın Ukraynadakı iqtisadi bərpa üzrə xüsusi nümayəndəsinin keçmiş müavini Tayson Barkerə istinadən yazıb.

"Hazırda heç kim bilmir ki, Ukraynada kifayət qədər nadir torpaq metalları var. Neft, qaz, litium və qrafit ehtiyatları var, lakin onlar dünyada ən böyük ehtiyatlar deyil", - deyə qəzet onun sözlərini sitat gətirir.

"ABŞ prezidenti Donald Trampın administrasiyasının nadir torpaq metallarının olması ilə bağlı verdiyi məlumatlar köhnəlib və güzəştlərin olmaması səbəbindən heç bir şirkət Vaşinqton və Kiyev arasında sövdələşməyə maraq göstərməyib. Sövdələşmə ABŞ tərəfindən şantaj kimi görünür və Ukraynanın kifayət qədər resursunun olub-olmadığı aydın deyil" - deyə məqalədə bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu