Çexiyada Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətin ikili standartlarından danışılıb
Bu günlərdə Çexiya Respublikası Praqa şəhər Bələdiyyəsinin ayırdığı binada "Qadın və uşaqların müharibədən sonra cəmiyyətə inteqrassiyası" mözvüsunda Azərbaycandan olan ekspertlər və çexiyalı QHT-çi və jurnalistlərlə birgə tədbir keçirilib.
Bu barədə AFN-ə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova və hərbi psixoloq Azad İsazadə Azərbaycanın mülki əhalisinin, eləcə də Ermənistanın Qarabağ və ətraf rayonların işğalı ilə başlatdığı müharibənin qadın və uşaqlara vurduğu fiziki və psixoloji travmalardan, QHT-lərin bu işdə qadın və uşaqlarla aparılan işlərindən, psixoloji reabilitassiya prosesi haqqında məlumat veriblər.
Çexiyalı jurnalistlərin Qarabağ münaqişəsinin səbəbləri və tarixi haqqında suallarına da ətraflı geniş cavablar verilib.
Media eksperti Rövşən Əliyev isə "Media və Konfliktlər" mövzusunda diqqət çəkən çıxış edib. O, Azərbaycandan fərqli olaraq, ermənilərin 100 illik diaspora ənənəsindən və onların Azərbaycana qarşı xaricdə apardıqları uzunmüddətli neqativ təbliğatların konfliktin həllində necə problemlər yaratmasına diqqət çəkib.
Tədbirin təşkilatçısı, Çexiya sosial-demokrat partiyasının üzvü, həmyerlimiz Zamiq Məmmədli isə tədbirin məqsədi, öz həyat hekayəsi, beynəlxalq ictimaiyyətin Gürcüstan və Ukraynadakı konfliklərlə müqayisədə Qarabağ mövzusuna laqeyd, bəzən ikili standartlarla yanaşmaları haqqında çexiyalı iştirakçılara məlumat verib.
Tədbir çərçivəsində Azərbaycanlı məktəbli uşaqların Qarabağ və müharibə haqqında çəkdikləri rəsmlərlər də tədbir iştirakçılarının böyük marağına səbəb olub.