Sabirabadda yanğında həlak olan ailə üzvlərinin FOTOSU


Xəbər verdiyimiz kimi, Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub və bir ailə yanaraq həlak olub.

AFN.az-ın “Unikal”a istinadən məlumatına görə, ailə üzvləri arasından yalnız 2022-ci il təvəllüdlü Bahar İmansoy sağ qalıb. O, hadisə zamanı babasıgildə imiş.

Qeyd edək ki, yanğın nəticəsində 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, onun 2002-ci il təvəllüdlü həyat yoldaşı Safalı Qorxmaz qızı İmanova, övladları - 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmansoy2024-cü il təvəllüdlü Esma Tural qızı İmansoy ölüb.

Hadisə zamanı onlarda qonaq olan T. İmanovun anası 69 yaşlı Bahar Niyaz qızı İmanova42 yaşlı qardaşı Ruslan Ağasəf oğlu İmanov yanğından sağ çıxıb.

Həlak olan ailənin fotosunu təqdim edirik:






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu