Bakıda iki avtomobil toqquşub: Bir ölü, dörd yaralı var


Bakıda avtomobillər toqquşub.


APA xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Eldəniz Yaqub oğlu Məmmədovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil 1971-ci il təvəllüdlü Asif Bəhram oğlu Qarayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomaşın ilə toqquşub.

Nəticədə “Mercedes Vito” markalı avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rüstəm Vəzir oğlu Rüstəmov hadisə yerində ölüb, 1994-cü il təvəllüdlü Əbdül Mustafa oğlu Məmmədov, 1968-ci il təvəllüdlü Elmira Ələkbər qızı Vəliyeva, Eldəniz Yaqub oğlu Məmmədov və Əfsanə Qoçəli qızı İmanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Fakta bağlı cinayət işi başlanılaraq istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu