ABŞ-da çinli alimlərə “aqrar terror” ittihamı


ABŞ Ədliyyə Nazirliyi iki çinli alimi Yunqing Jian və Zunyong Liunu buğda və digər əkinlərə ciddi zərər verən Fusarium graminearum adlı zərərli göbələyi ölkəyə qaçaq yolla gətirməyə cəhd etdiklərinə görə ittiham edib. Göbələk həm kənd təsərrüfatına, həm də insan və heyvan sağlamlığına ciddi təhlükə yaradır. Alimlərin Michigan Universitetində bu orqanizmlə icazəsiz tədqiqat aparmaq istədikləri bildirilir.



FTB Liunun 2024-cü ilin iyulunda Detroit hava limanında şübhəli bitki nümunələri ilə yaxalandığını və sonradan göbələyi araşdırma məqsədilə gətirdiyini etiraf etdiyini açıqlayıb. Jian isə universitetdə artıq bu göbələyi yetişdirməyə başlayıb. Hər iki alim əvvəllər Çində bu mövzuda birgə çalışıblar. Lakin universitetin bu cür bioloji materialları saxlamaq və istifadə etmək üçün lazımi federal icazəsi yoxdu.



Jian ABŞ-da həbs olunaraq məhkəməyə çıxarılıb, Liu isə sorğudan sonra Çinə qayıdıb. Çin ilə ABŞ arasında ekstradisiya razılaşması olmadığı üçün Liunun məhkəməyə gətirilməsi çətin görünür.



ABŞ rəsmiləri məsələni milli təhlükəsizlik problemi adlandırıb və hadisənin arxasında dövlət dəstəyi ehtimalını istisna etməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu