Almaniyada bir qadın Çinə casusluq etdiyi iddiası ilə həbs edilib
Almaniyada bir qadının Çinin xeyrinə casusluq ittihamı ilə həbs edildiyi açıqlanıb.
Federal Baş Prokurorluqdan verilən açıqlamada Çin vətəndaşı Yaqi X adlı qadının ölkəsi adına casusluq fəaliyyəti göstərmək ittihamı ilə həbs edildiyi bildirilib.
Leypziq və Halle hava limanında logistika şirkətində işləyən Yaqi Xnin daha öncə casusluğa görə həbs edilən Jian Gyə xüsusilə müdafiə təchizatının daşınması və Alman müdafiə şirkətilə əlaqəsi olan insanlar barədə məlumat ötürdüyü qeyd edilib.
Evində və iş yerində axtarış aparılan Yaqi X haqqında həbs qərarı çıxarılıb.
Mənbə: AA