Çin: ABŞ-a sona qədər cavab verəcəyik

Çin Xarici İşlər Nazirliyi "ABŞ tarif müharibəsi və ticarət müharibəsi aparmaqda qərarlıdırsa, Çin sonuna qədər cavab verəcək" bəyanatını verib.
Nazirliyin sözçüsü Lin Jian verdiyi açıqlamada "Çin döyüşdə maraqlı deyil", lakin ABŞ-ın tarif təhdidlərini davam etdirəcəyi təqdirdə qorxmayacağını bildirib.
ABŞ-ın davasının ictimaiyyətin dəstəyini qazanmayacağını və uğursuzluqla nəticələnəcəyini ifadə edən Jian, ölkəsinin Çin xalqının qanuni hüquq və mənafelərinin əlindən alınmasını seyr etməyəcəyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp bu gün "Truth Social" hesabında verdiyi açıqlamada Çin mənşəli məhsullar üçün gömrük rüsumunu dərhal qüvvəyə minərək 125 faizə qaldırdığını açıqlayıb.