Putin və Roma Papası arasında ilk telefon danışığı baş tutub

Rusiya prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefonla danışıb. Bu, yeni pontifiklə ilk telefon danışığıdır.
AFN.az xəbər verir ki, məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. Onun sözlərinə görə, Putin Roma Papasının diqqətini Rusiya ərazisində mülki infrastruktura qarşı təxribat həyata keçirən Kiyev rejimi tərəfindən münaqişənin genişlənməsinə yönəldib.
“Vurğulanıb ki, ötən gün Ukrayna tərəfinin mülki şəxslərə qarşı məqsədyönlü hücumu beynəlxalq hüquqda açıq şəkildə terror kimi təsnif edilir”, - deyə Peskov qeyd edib.
Rusiya prezidenti İstanbulda Ukrayna ilə əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinə dair əldə olunmuş razılaşmalar barədə də papaya məlumat verib.
Putin həmçinin Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazır olduğuna görə Papaya təşəkkür edib: “Papaya böhranın həllinə kömək etməyə hazır olduğuna, xüsusən Vatikanın aktual humanitar problemlərin həllində depopolitikləşdirilmiş əsasda iştirakına görə minnətdarlıq ifadə olunub.
Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin siyasi və diplomatik vasitələrlə sülhə nail olmaqda maraqlı olduğunu təsdiqləyib və vurğulayıb ki, böhranın yekun, ədalətli və hərtərəfli həlli üçün onun köklü səbəbləri aradan qaldırılmalıdır.
Hər iki tərəf təmasları davam etdirmək niyyətində olduqlarını bildiriblər.