Putin və Tramp 1 saat 10 dəqiqə telefonla danışıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında dördüncü telefon danışığı olub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, danışıq 1 saatdan çox çəkib.
Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib: "Prezident Putinlə ABŞ prezidenti Donald Tramp arasında dördüncü telefon danışığı başa çatıb. Söhbət təxminən 1 saat 10 dəqiqə davam edib".