Hava limanında 2 yaşlı uşaq baqaj lentində itdi


ABŞ-da 2 yaşlı bir uşaq hava limanında baqaj lentinə qalxdıqdan sonra itib.



ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Newark Liberty Beynəlxalq Hava Limanında qorxu dolu anlar yaşanıb. Anası uçuşunu kontorda yenidən sifariş edərkən 2 yaşlı oğlan uşağı sərnişinlərin çantalarını qoyduğu baqaj lentinə qalxaraq sistemin içində itib.



Uşaq lentdə sürüşərək alt mərtəbədə yerləşən baqaj yoxlama bölməsinə düşüb. Hadisəni eşidən iki polis dərhal tədbir görüb. Polis əməkdaşlarından biri uşağı rentgen cihazının yanında tapıb.



Ailəsi ilə birlikdə Florida ştatının Tampa şəhərinə istirahətə gedən uşaq hadisədən sonra təhlükəsiz şəkildə səyahətinə davam edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu