Tramp Avropanın “istəklilər koalisiyası” üçün təminat vermir


ABŞ Ukraynadakı münaqişə həll olunandan sonra “istəklilərin koalisiyasını” hava hücumundan müdafiə vasitələri ilə təmin etmək niyyətində deyil.



AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, bir sıra Avropa ölkələri ABŞ-ın hazırkı administrasiyasının nümayəndələri ilə məsləhətləşmələrdən sonra bu qənaətə gəliblər.



Agentlik qeyd edir ki, Böyük Britaniya və Fransa hakimiyyəti ABŞ-ın hava hücumundan müdafiə sferasında dəstəyini Ukraynada münaqişənin nizamlanması halında Rusiyanın cilovlanması üçün zəruri hesab edir.



"Bununla belə, amerikalı həmkarları ilə müzakirələr zamanı avropalı müttəfiqlər belə qənaətə gəliblər ki, ABŞ prezidenti Donald Tramp Avropanın rəhbərliyi altında “istəklilər koalisiyasını” dəstəkləmək üçün ümid etdikləri təminatları verməyəcək" - deyə "Bloomberg"in materialında qeyd edilir.



Agentliyin mənbələrinə görə, London və Paris ABŞ-ın Rusiya və Ukrayna sərhədindəki vəziyyətlə bağlı kəşfiyyat məlumatlarını təqdim edəcəyinə, Britaniya və Fransa qoşunlarının Ukraynadakı silahlı qüvvələrinin Rusiya üçün hədəfə çevriləcəyi təqdirdə Trampın müdaxilə edəcəyinə ümid edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu