Britaniya beş il müddətinə Ukraynaya qoşun yeridə bilər


Britaniya Ukrayna remilitarizasiya olunanadək 5 ilə qədər Ukrayna ərazisində qoşun yerləşdirmək imkanını nəzərdən keçirir.


Bu barədə “Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

London və Parisdə müzakirə edilən plana əsasən, hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün münaqişə həll edildikdən sonra Qərb qoşunları Ukraynaya “qaradan qüvvə” kimi göndərilə bilər. Nəşrin qeyd etdiyi kimi, Fransa Ukraynada Qərbin hərbi kontingentinin olacağı təqdirdə Rusiyanın gələcəkdə hərbi əməliyyata başlamağa risk etməyəcəyinə inanır.

Qəzetin yazdığına görə, Kiyevin hərbi imkanları bərpa edildikdən sonra Qərb qoşunlarının sonrakı çıxarılmasının mərhələli şəkildə həyata keçiriləcəyi güman edilir. Daily Telegraph əlavə edib ki, London və Parisin rəhbərlik etdiyi “istəklilər koalisiyası” quru qoşunlarını göndərməklə yanaşı, Ukraynanın hava və dəniz məkanının mühafizəsini təmin etmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu