KİV: Britaniya Ukrayna üzərində BBC missiyası təşkil edə bilər

Britaniya konflikt həll edildikdən sonra quru qoşunlarını göndərmək əvəzinə, Ukraynanın hava məkanında patrul fəaliyyətini nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu, NATO-nun Baltikyanı respublikaların hava məkanının mühafizəsi proqramına oxşar missiyadır. Nəşrin Böyük Britaniya Hərbi Hava Qüvvələrindəki mənbələrinə görə, bundan sonra Polşada "Eurofighter Typhoon" qırıcıları da daxil olmaqla hərbi təyyarələr yerləşdirilə bilər. Eyni zamanda, qəzet vurğulayır ki, missiya Ukrayna üzərində uçuşa qadağan zona yaradılması demək deyil, çünki bu, NATO təyyarələrinin Ukrayna səmasında daimi olmasını tələb edər.