Makron Ukraynaya əsgər göndərmək üçün müttəfiqlər axtarır
Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi təlimatçılar göndərmək üçün Yelisey sarayı təşəbbüsünə qoşulmaq istəyən müttəfiqlər tapmağa çalışır.
AFN.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, təşəbbüslə bağlı təkliflər ötən həftə onlarla Qərb dövlətinə göndərilib. Xüsusilə, mənbələr ABŞ, Böyük Britaniya, Polşa, Hollandiya, Danimarka və İsveçə işarə edib.
"Welt am Sonntag" qeyd edir ki, eyni zamanda, “istəklilərin koalisiyasında” iştirak etmək təklifi Almaniya hakimiyyətinə göndərilməyib. Qəzet bunu sayından və funksiyasından asılı olmayaraq öz hərbi qulluqçularının Ukraynada olmasını istəməyən Almaniya siyasi rəhbərliyinin mövqeyi ilə əlaqələndirir.