Almaniya Qırmızı dənizə hərbi gəmi göndərmək istəyir


Almaniya Avropa İttifaqının (Aİ) missiyasında iştirak etmək üçün raketlə təchiz olunmuş “Hesse” freqatını Qırmızı dənizə göndərmək niyyətində olduğunu açıqlayıb.


Bu barədə "Welt am Sonntag" qəzeti yazıb.

Gəminin zenit raketləri və radar kəşfiyyat sistemi ilə təchiz olunduğu bildirilir. Almaniya onu fevralın 1-də Qırmızı dənizə göndərmək niyyətindədir.

Qəzet onu da yazır ki, İttifaqın Qırmızı dənizdəki missiyası ilə bağlı qərarı fevralın 19-da Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirliklərinin rəhbərləri verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu