Aİ Qırmızı dənizdə hərbi missiyaya başladı


Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək üçün hərbi missiyaya başladığını açıqlayıb.



Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı “Aspides” adlı hərbi missiyanın Qırmızı dənizdə işə salındığını açıqlayıb.

Borrell bildirib ki, missiya naviqasiya azadlığının bərpasına və kommersiya gəmiçiliyinin qorunmasına töhfə verəcək.

AB Şurasından verilən açıqlamaya görə, AB-nin Qırmızı dənizdəki dəniz əməliyyatı "Aspides" missiyası yalnız müdafiə məqsədi daşıyacaq.

Missiya dənizdə vəziyyət xəbərdarlığını təmin edəcək, gəmiləri müşayiət edəcək və mümkün hücumlara cavab verəcək, Bab əl-Məndeb boğazında, Hörmüz boğazında, Qırmızı dəniz, Ədən körfəzi, Oman körfəzi və Fars körfəzindəki beynəlxalq sularda, eləcə də əsas dəniz kommunikasiya xətlərində aktiv fəaliyyət göstərəcək.

Qərargahı Yunanıstanın Larissa şəhərində olacaq missiyaya kontr-admiral Vasilios Griparis komandanlıq edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu