Makron, Şolts və Draqi Ukraynaya gedirlər
İtaliyanın Baş naziri Mario Draqi, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron bu həftə Ukraynaya səfər etmək niyyətindədirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “La Stampa” nəşri yayıb.
Nəşr yazır ki, avropalı liderlərin Kiyevə səfəri iyunun 16-na planlaşdırılır.
Qeyd edək ki, sözügedən liderlərin iyun ayında Ukraynaya səfər etmək istədikləri barədə iyunun 11-i “Bild am Sonntag” qəzeti də yazmışdı.