Qrant Şapps: Britaniya sülhməramlılarını Ukraynaya göndərməlidir
Britaniyanın keçmiş müdafiə nazirləri Qrant Şapps və Gavin Uilyamson Britaniya sülhməramlılarını Ukraynaya göndərməyə çağırıblar.
Bu barədə yanvarın 12-də Telegraph qəzeti məlumat yayıb.
Şappsın qeyd etdiyi kimi, sülhməramlıların göndərilməsi Ukraynaya lazım olanın yalnız kiçik bir hissəsidir. O, həmçinin əlavə edib ki, baş nazir Keir Starmer seçildikdən sonra altı ay ərzində Kiyevdən başqa hər yerə səfər edib.
Uilyamson da öz növbəsində gələcəkdə Ukraynanın təhlükəsizliyinin ya NATO, ya da etibarlı tərəfdaş kimi görünə bilən Böyük Britaniya kimi ölkələrin dəstəkləməsini vacib hesab edib.