İsrailin Qəzzada məktəbə hücumu nəticəsində 18 nəfər həlak oldu

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində məktəbə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 18-ə çatıb.
AFN.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
“İsrailin pilotsuz təyyarəsinin Xan Yunis qərbində köçkünlərin yerləşdiyi məktəbdə çadırlara endirdiyi zərbə nəticəsində uşaqlar da daxil olmaqla 18 nəfər həlak olub" - deyə telekanalın materialında qeyd edilir.
Martın 18-dən İsrail Müdafiə Qüvvələri bu ilin yanvarında yaradılmış atəşkəsi pozaraq Qəzza zolağında hərbi əməliyyatları bərpa edib.