Tramp Ukrayna böhranı ilə bağlı irəliləyişdən razıdır

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllində irəliləyişlə bağlı müsbət fikirdə qalır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt keçirdiyi brifinqdə bildirib.
"Mən onunla bu barədə elə bu gün səhər danışdım. O, bizim gördüyümüz irəliləyişlərə müsbət yanaşır. Bildiyiniz kimi, dünən İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqlar aparıldı. Bu, prezident Tramp bir neçə həftə əvvəl hər iki ölkənin liderləri ilə telefonla danışarkən onun dəstəyi ilə baş verdi. Hər kəsə xatırlatmaq istərdim ki, cəmi dörd ay ərzində nə qədər irəliləyiş əldə etmişik. Keçən il indiki vaxtda Rusiya və Ukraynanın birbaşa danışıqlar aparması ağlasığmaz olardı və yalnız prezidentin Trampın bu müharibəni sona çatdırmaq üçün əzmkarlığı və qətiyyəti sayəsində bu ölkələr dünən görüşüblər", – deyə o, qeyd edib.
Ağ Ev rəsmisindən həmçinin "Tramp ABŞ Senatında hazırlanmış Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsini dəstəkləyirmi" deyə soruşublar. "O, ehtiyatlı şəkildə bu aləti lazım gəldikdə istifadə etmək üçün arsenalında saxlayır", – deyə Levitt bildirib.