Hakan Fidan: Liderlərin görüşü labüddür

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukraynada nizamlanma çərçivəsində nümayəndə heyətləri arasında danışıqlar irəliləsə, liderlərin görüşü qaçılmaz olacaq.
AFN.az xəbər verir ki, bu barədə o, TRT telekanalına müsahibəsində deyib. "Liderlərin görüşməsi üçün əvvəlcədən gündəm və qərarlar hazırlanmalıdır. Nümayəndə heyətləri müəyyən mərhələyə çatarsa, liderlərin görüşü labüd olacaq", – deyə Hakan Fidan qeyd edib.
Fidan həmçinin xatırladıb ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib. Nazir əlavə edib ki, keçən həftə Moskvaya və Kiyevə səfərləri zamanı bu təşəbbüsü həm Vladimir Putinə, həm də Volodimir Zelenskiyə çatdırıb.