İsrail Suriyaya artilleriya zərbəsi endirdi: cavab tədbirləri


İsrail Müdafiə Qüvvələri (IDF) İsrail ərazisinə atılan iki bombaya cavab olaraq Suriyanın cənubundakı hədəfləri vurub.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilir. Bəyanatda zərbələrin artilleriyadan endirildiyi qeyd edilir.



Bundan əvvəl İsrail hərbçiləri Suriya ərazisindən atılan iki mərmi aşkarladığını və onların İsrail ərazisinə uçaraq yaşayış olmayan əraziyə düşdüyünü açıqlayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu