İsrail ordusu istənilən cavab tədbirinə hazırlaşır


İsrail Müdafiə Nazirliyi Livandan atəşə tutulduqdan sonra hərbçilərə istənilən tədbirə hazırlaşmağı əmr edib


AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, ölkənin Müdafiə Nazirliyi bildirib ki, İsrail hərbçiləri Livandan atəşə tutulduqdan sonra istənilən cavab tədbirinə hazır olmalıdırlar.

Qeyd edək ki, Livan ərazisindən İsrailə doğru 34 raket atılıb, onlardan 25-i hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İsrail ərazisinə beş raket düşüb.

İran hakimiyyətinin dəstəklədiyi “Hizbullah” aprelin 5-də İsrail polisinin Qüds Məbədi dağındakı Əl-Əqsa məscidi ərazisində müsəlmanları döyməsinə cavab olaraq fələstinliləri bütün cavab tədbirlərini görməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu