AB "Apple" və "Meta"nı cərimələyib


Avropa İttifaqı (Aİ) Komissiyası ittifaqın rəqəmsal qaydalarına əməl etmədiyinə görə "Apple"ı 500 milyon avro, "Meta"nı isə 200 milyon avro cərimələyib.



Aİ Komissiyası "Apple" və "Met"a şirkətlərinin Rəqəmsal Bazarlar Aktı ilə bağlı öhdəliklərini pozduqlarını və buna görə də cərimələndiyini açıqlayıb.

Xatırladaq ki, AB qaydalarına əsasən, tətbiqlərini "Apple"ın "App Store" mağazası vasitəsilə yayan tərtibatçılar öz müştərilərini pulsuz məlumatlandırmalı və alternativ təkliflərə yönləndirməlidirlər və "Apple" buna icazə verməyərək öz öhdəliyinə əməl etməyib.

Açıqlamada "Apple"ın tətbiq etdiyi müxtəlif məhdudiyyətlərə görə proqram tərtibatçılarının "App Store"dan başqa alternativ paylama kanallarından faydalana bilməyəcəyinə diqqət çəkilib.

AB-nin "Apple"a yönləndirmə ilə bağlı texniki və kommersiya məhdudiyyətlərinin aradan qaldırılması üçün əmr göndərdiyi və "Apple"ın qaydaları pozduğuna görə 500 milyon avro cərimələndiyi bildirilib.

"Meta"nın “ödəniş və ya razılıq” modeli ilə bağlı uyğunsuzluq qərarının verildiyi də bildirilir.

Böyük platformaların Aİ-nin rəqəmsal qaydalarına əsasən qapıçı kimi təsnif edildiyi və istifadəçilərin şəxsi məlumatlarının xidmətlər arasında birləşdirilməsi üçün onlardan razılıq almalarının tələb olunduğu xatırladılıb və razılıq verməyən istifadəçilərə daha az fərdiləşdirilmiş alternativ xidmətin təklif edilməli olduğu vurğulanıb.

Açıqlamada Meta-nın 2023-cü ildə "ödəniş və ya razılıq" modelini təqdim etdiyi xatırladılıb və bu modeldə AB istifadəçilərindən "Facebook" və "Instagram"dan reklamsız istifadə üçün aylıq abunə haqqı və ya məlumat birləşməsinə razılıq tələb olunub.

AB Komissiyası "Meta" modelinin qaydalara zidd olduğu qənaətinə gəldiyi və şirkətin 200 milyon avro cərimələndiyi vurğulanıb.

Açıqlamada deyilir ki, “Apple” və “Meta” Komissiyanın qərarlarına əməl etməlidir, əks halda onlar müntəzəm cərimələrə məruz qala bilərlər.

2024-cü ildə qüvvəyə minən Rəqəmsal Xidmətlər Qanunu AB bazarında texnologiya şirkətləri üçün qaydaları sərtləşdirib.

Xatırladaq ki, AB keçən il "Apple" və "Meta"nın Rəqəmsal Bazarlar Aktı altındakı qaydalara uyğun olub-olmaması ilə bağlı araşdırmaya başlayıb.

Bu qərarla AB Komissiyası ilk dəfə Rəqəmsal Bazarlar Aktı ilə bağlı qaydalara əməl edilməməsinə görə cərimə kəsib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu