İstilik təchizatı qiymətlərində yeni tənzimləmə metodu


İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə, həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.


Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənəcək.

Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla, istilik təchizatı sektorunda təqdim olunan qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək.

Təbii inhisar subyektləri tərəfindən təqdim edilən qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla, təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu