Kolumbiya hökuməti 12 sualdan ibarət referendum keçirəcək

Kolumbiya hökuməti Konqres tərəfindən ümumxalq səsverməsi ilə təsdiq olunmayan islahatları həyata keçirmək üçün 12 sualdan ibarət referendum keçirməyə hazırlaşır.
Əmək naziri Antonio Sanguino və daxili işlər naziri Armando Benedetti birgə mətbuat konfransında mövzu ilə bağlı təfərrüatları bölüşüblər.
İctimaiyyətin islahatları dəstəkləyəcəyinə inandığını ifadə edən Sanguino ""Bəli" səsi alacağımızdan əmin olmasaydıq, bu sualları təklif etməzdik" deyib.
Daxili işlər naziri Benedetti bəyan edib ki, referendum xalq tərəfindən qəbul edilərsə, Konqres və Prezidentliyin təsdiqi ilə proses başa çatacaq.
Kolumbiya mətbuatının məlumatına görə, 12 sualdan ibarət referendumun etibarlı sayılması üçün 14 milyona yaxın seçicinin səs verməsi lazımdır.
Qeyd edək ki, ölkədə 40 milyon 963 min 370 seçici qeydə alınıb.
Prezident Qustavo Petronun 1 May Əmək və Həmrəylik Günündə referendum kampaniyasına başlayacağı gözlənilir.