İstanbulda güclü zəlzələ olub

Türkiyədə zəlzələ baş verib.
AFN.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb. İstanbulda olanlar bu dəqiqələrdə şəhərdə şiddətli zəlzələ olduğunu yazıblar.
Hadisə ilə bağlı AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ 3,9 bal gücündə, yerin 6,99 km dərinliyində olub.
Şəhərdə 6, 2 bal gücündə ikinci zəlzələ baş verdiyi və 10 saniyə davam etdiyi bildirilir.
Qeyd edək ki, Türkiyədə sonuncu zəlzələ 2023-cü ilin 6 fevralında baş verib. 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.