Türkiyədə 5,7 bal gücündə yeni zəlzələ baş verdi
Türkiyənin şərqində daha bir zəlzələ qeydə alınıb. Bu dəfə gücü 5,7 bal təşkil edib.
AFN.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 08.11-də Malatya şəhərindən 34 km cənub-şərqdə qeydə alınıb. Təkanın episentri yerin 46 km dərinliyində olub. İlk təkandan sonra 4,2 və 3,3 bal gücündə daha iki afterşok baş verib.
Türkiyənin cənub-şərqində fevralın 6-da maqnitudası 7,7 və 7,6 bal olan iki zəlzələ baş verib. 3432 nəfər ölüb, 21103 nəfər isə xəsarət alıb, 6 minə yaxın bina dağılıb.