"Politico": Aİ ABŞ-a sərt rüsumlar tətbiq edə bilər


Avropa İttifaqı ABŞ-a qarşı sərt cavab rüsumlarının tətbiqi, eləcə də Amerika silahlarının alışını azaltmaq imkanlarını nəzərdən keçirir.


AFN.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

"Biz deyirdik ABŞ Prezidenti Donald Trampı sakitləşdirə bilərik - F-35 qırıcılar, "Patriot" havadan müdafiə sistemləri, mayeləşdirilmiş təbii qaz və digər Amerika malları alın və o, sakitləşəcək. Amma düşünürəm ki, bu, çox sadə strategiyadır, ən azı bu gün işləmir", - deyə nəşr Bundestaqın üzvü Peter Bayerqdən sitat gətirir.

Əks tədbirlərə yeni silah təchizatı kanallarının yaradılması, Avropa hərbi-sənaye kompleksinin muxtariyyətinin artırılması və qondarma anti-məcburiyyət alətindən (ACI) istifadə daxil ola bilər. Sonuncu ilə Brüssel Amerika şirkətlərinin, banklarının fəaliyyətini məhdudlaşdıra, patentləri etibarsız hesab edə və ya şirkətlərin proqram təminatı yeniləmələrindən yayımdan gəlir əldə etməsinə mane ola bilər. Bundan əlavə, Almaniya, Fransa və Polşa da gələcək müdafiə müqavilələrini ABŞ-dan Avropa istehsalçılarına köçürməyi düşünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu