Husilər ABŞ-a məxsus pilotsuz təyyarəni vurdu


Yəməndə İranın dəstəklədiyi husilər ABŞ hərbi pilotsuz təyyarəsini vurduqlarını və iki döyüş gəmisini hədəfə aldıqlarını açıqlayıblar.



Husi ordusunun sözçüsü Yəhya Seri verdiyi açıqlamada Yəmənin şimal-qərbindəki Hacı əyaləti sahillərində ABŞ-a məxsus MQ-9 tipli PUA-nı yer-hava raketi ilə vurduqlarını bildirib.

Seri aprel ayında vurulan ABŞ-a aid PUA-ların sayının 7-yə, hücumların başından bəri vurduqları PUA sayının isə 20-yə yüksəldiyini söyləyib.

Seri Qırmızı dəniz və Oman dənizlərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Truman" və "Carl Vinson" təyyarə gəmilərini çox sayda qanadlı raket və PUA ilə hədəf aldıqlarını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu