Husilər: 1 ABŞ esminesi və 3 təchizat gəmisini hədəf aldıq


Yəməndə İranın dəstəklədiyi husilər Oman dənizi və Ədən körfəzində 1 ABŞ esminesi və 3 təchizat gəmisini 16 ballistik raket və bir pilotsuz uçuş aparatı ilə hədəfə aldıqlarını açıqlayıb.



Husilərin Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada ABŞ ordusuna aid 1 esminesin və "Stena Impeccable", "Maersk Saratoga" və "Liberty Grace" adlı 3 təchizat gəmisinin Oman dənizi və Ədən körfəzində vurulduğunu bildirib.

Seri 16 ballistik raket və PUA ilə həyata keçirilən hücumların tam dəqiqliklə həyata keçirildiyini qeyd edib.

Məsələ ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu