Numan Kurtulmuşdan həyəcanlı açıqlama: İstanbulda baş verə biləcək zəlzələyə hazır olmalıyıq


Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu gün baş verən zəlzələ ilə bağlı ciddi açıqlamalar verib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, hər bir hala hazır olmağın vacibliyindən danışıb: "Ölkə zəlzələlərə hazır olmalıdır. Ümid edirik ki, bu zəlzələni nağır əticəsiz sovuşduracağıq, millət olaraq daha bir böyük təhlükəni geridə qoyacağıq, lakin görünür ki, İstanbulda gözlənilən zəlzələ hər an qapının astanasındadır. Ölkəmiz, bütün qurum və təşkilatlarımız hazır olmalı, İstanbulda baş verə biləcək zəlzələni ən az itki ilə dəf etməliyik".

Qeyd edək ki, bu gün günorta saatlarında İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bütün Mərmərə bölgəsində hiss olunub. Onun ardınca irili-xırdalı 51 afterşok qeydə alınıb. İstanbulda məktəblər iki gün bağlanıb. Şəhərdə insanlara çoxmərtəbəli binlarda və həssas bölgələrdə olan evlərə getməmək tövsiyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu