AFFA 5 komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi müxtəlif liqalarda çıxış edən 5 komandaya texniki məğlubiyyət verib.
Bu barədə qərar qurumun iclasinda qəbul olunub.
Futzal üzrə I Liqanın XI turunda "Star Kargo"ya qarşı oyuna təyin olunan vaxtda çıxmadığına görə "Djevo Dəyirman" komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.
AFFA Region Liqasında keçirilməli olan "Marafon" –"Ərgünəş" oyunu qonaqların gəlməməsi səbəbindən baş tutmayıb. Bu səbəbdən "Ərgünəş" komandası 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
AFFA U-14 Liqasında keçirilməli olan "Araz Naxçıvan" – UGİM (Ordubad) matçı qonaq komanda təyin edilən vaxt meydanda olmadığına görə keçirilməyib. Ordubad təmsilçisinə buna görə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni liqada UGİM (Babək) – UGİM (Kəngərli) oyunu da baş tutmayıb. Təyin edilən vaxtda meydana çıxmayan Babək təmsilçisi analoji cəza ilə üzləşib.
AFFA U-13 Liqasında keçirilməli olan UGİM (Babək) – UGİM (Sədərək) qarşılaşması isə qonaq komandanın heyətində yetərsay olmadığına görə keçirilməyib. Sədərək klubu bu səbəbdən texniki məğlubiyyətlə cəzalandırılıb.