Süni intellektdən istifadə edilən filmlər "Oskar" uğrunda yarışa biləcək

Kino Sənətləri və Elmləri Akademiyası süni intellektdən istifadə etməklə yaradılmış filmlərin də "Oskar" mükafatına namizəd ola biləcəyini açıqlayıb.
"Oskar"ları seçən Akademiyanın rəsmi saytında bu ildən qüvvədə olacaq yeni mükafat qaydaları paylaşılıb.
Müvafiq olaraq, yaradıcılıq prosesində süni intellektdən istifadə edən prodakşnlar da müəyyən şərtlərə cavab verərsə, "Oskar" uğrunda yarışa biləcəklər.
Digər tərəfdən, münsiflər heyətinin üzvləri qalib filmləri seçərkən filmin hazırlanmasında insanların nə dərəcədə rol oynadığını nəzərə alacaqlar.
Qaydalar həmçinin münsiflər heyətinin final mərhələsində səsvermə hüququ əldə etmək üçün namizədliyi irəli sürülmüş bütün filmlərə baxmağı tələb edir.
Bu il 97-ci dəfə keçirilən "Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı operator işi" və "Ən yaxşı kişi rolu" mükafatlarını qazanan "The Brutalist" filmi süni intellektdən istifadə etdiyi üçün böyük əks-səda doğurub.
Hollivud aktyorları və ssenaristləri də 2023-cü ildə süni intellektə qarşı iş təhlükəsizliyinə dair danışıqların nəticəsiz qalmasından sonra tətil ediblər.