Oskar namizədlərinin elanı yanvarın 19-na təxirə salınıb

Kaliforniyanın Los-Anceles qraflığında baş verən meşə yanğınları səbəbindən Oskar mükafatına namizədlərin elan edilməsi yanvarın 17-dən 19-na təxirə salınıb.
AFN.az xəbər verir ki, bu barədə "Deadline" portalı məlumat yayıb.
"Kaliforniyadakı dağıdıcı yanğınlardan zərər çəkənlərə dərin hüznlə başsağlığı veririk. Bizim akademiyanın bir çox üzvü və həmkarımız Los-Anceles bölgəsində yaşayır və işləyir. Bu səbəbdən Oskar nominasiyalarının elan edilməsini 17 yanvardan 19 yanvara təxirə salırıq" - deyə Amerika Kino Sənəti və Elmləri Akademiyasının direktoru Bill Kramerin məktubunda bildirilir.