Davos İqtisadi Forumu “Omicron”a görə təxirə salındı


Dünya İqtisadi Forumunun Davosda keçiriləcək illik görüşü təxirə salınıb.


Bu barədə təşkilatın yaydığı məlumatda qeyd olunub.

İllik görüş koronavirusun yeni “Omicron” ştamı ilə əlaqədar olaraq təxirə salınıb.

“İllik görüş 2022-ci il yanvarın 17-dən 21-nə qədər İsveçrədə Davos-Klostersdə baş tutmalı idi. İndi isə görüşün yayın əvvəlində keçirilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, koronavirusla bağlı məhdudiyyətlər səbəbindən artıq iki ildir ki, Davosda ardıcıl olaraq forumun keçirilməsi təxirə salınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu