Elbrus dağında itkin düşən alpinistlərin axtarışları davam edir


Rusiyanın Kabardin-Balkar bölgəsindəki Elbrus dağında itkin düşən bir qrup alpinistin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.



Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, Elbrus dağına qalxan bir qrup alpinist 5350 metr yüksəklikdə kömək istəyib.

Bunun üzərinə alpinistlərin axtarış-xilasetmə işlərinə başlanılıb. İlkin məlumata görə, qrupdakı iki alpinist qalxma zamanı halı pisləşib.

Bildirilib ki, alpinistlər qalxma ilə bağlı Nazirliyə məlumat verməyiblər və onların sayının neçə nəfər olduğu məlum deyil.

Rusiya mətbuatına açıqlama verən səlahiyyətlilər axtarışları davam edən qrupun xarici vətəndaşlardan ibarət olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu