Yaponiyada Fuji dağında itən 3 alpinistin cəsədi tapılıb


Yaponiyada Fuji dağına qalxan yollarda aparılan axtarışlar nəticəsində dağın Şizuokaya baxan kraterinin yaxınlığında 3 alpinistin cəsədi tapılıb.


"Kyodo" agentliyinin məlumatına görə, Şizuoka prefekturasının polisi alpinistlərin itkin düşməsi barədə xəbəri aldıqdan sonra axtarış əməliyyatına başlayıb.

Fujiyə qalxan yollarda aparılan axtarışlar nəticəsində dağın Şizuokaya baxan kraterinin yaxınlığında alpinistlərin cəsədi tapılıb.

İlin çox hissəsi qarla örtülü olan Fuji dağına 200 mindən çox ziyarətçi iyul-sentyabr mövsümündə məşhur gəzinti yollarından istifadə edir.

Yerli və xarici ziyarətçilərin günəşin doğuşunu izləmək də daxil olmaqla turistik məqsədlər üçün etdikləri gecə dırmaşmaları zamanı qəzalar baş verə bilir.

YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və hündürlüyü 3776 metr olan Fuji dağı Yaponiyanın milli simvollarından biri kimi seçilir.

Yamanaşi və Şizuoka əyalətləri arasında yerləşən ölkənin ən hündür nöqtəsi olan Fuci dağı alpinistlərin üz tutduqları marşrutlar sırasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu