Mont Blan dağına qalxan iki alpinist yıxılaraq ölüb


Fransanın İtaliya ilə sərhədində yerləşən Mont Blan dağına çıxan iki ispaniyalı alpinist 350 metr hündürlükdən yıxılaraq ölüb.



Ölkə mətbuatının məlumatına görə, hadisə dünən Fransanın Yuxarı Savoya əyalətindəki dağda baş verib.

Səlahiyyətlilər 26 və 27 yaşlı iki ispan alpinistin Mont Blan zirvəsinə qalxarkən 350 metrdən yıxıldığını açıqlayıb.

Helikopterlə hadisə yerinə gələn axtarış-xilasetmə əməkdaşları iki alpinistin cəsədini aşkar ediblər.

Qəzadan sağ çıxan digər alpinist xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu