Rusiyalı alpinistlərin Nepalda cəsədləri tapıldı


Nepalda Dhaulagiri dağının ətrafında Rusiyadan olan bir qrup alpinistin cəsədi tapılıb.



Bu barədə Rusiya alpinist icmasının nümayəndəsi Anna Piunova öz Facebook səhifəsində yazıb.

O bildirib ki, qrupda beş nəfər olub, onlardan biri özünü pis hiss edib və aşağıda yerləşən düşərgəyə düşüb.

"Bu səhər cəsədlər 6100 metr hündürlükdəki Valera Şamalo düşərgəsindən çıxarılıb, hamısı ölüb" - deyə məlumatda bildirilir.

Rusiyanın Nepaldakı səfirliyi alpinistlərin ölümü ilə bağlı məlumatın daxil olduğunu təsdiqləyib.

Təfərrüatlar açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu