Tramp "Perkins Coie" hüquq firmasını məhkəməyə verib

ABŞ prezidenti Donald Tramp "Perkins Coie" hüquq firmasını məhkəməyə verib.
AFN.az xəbər verir ki, bu barədə o özünün "Truth Social" hesabında yazıb.
"Mən "Perkins Coie" hüquq firmasını qeyri-qanuni hərəkətlərinə, xüsusən də firmanın əməkdaşının hərəkətlərinə görə məhkəməyə verdim. Ancaq öyrəndim ki, işə baxan Beril Houell Obamanın təyin etdiyi, çox qərəzli və ədalətsiz, fəlakət hakimdir" - deyə Tramp bildirib.
Prezident qeyd edib ki, Houell əvvəllər başqa bir məhkəmə işində onun əleyhinə qərar verib, lakin bu iş sonda siyasətçi üçün müsbət nəticələnib. Prezident "Perkins Coie"yə qarşı iddiasının mahiyyətini açıqlamayıb.