Tramp "Google"u məhkəmə ilə hədələdi


ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, demokrat namizəd Kamala Harrisin lehinə manipulyasiya edilmiş axtarış nəticələrinə görə "Google"u məhkəməyə verəcək.



Tramp özünün sosial media platforması Truth Social hesabında yazdığı yazıda "Google"un Harrislə bağlı müsbət xəbərləri vurğulayarkən onun haqqında mənfi xəbərlərə üstünlük verən qeyri-qanuni alqoritmdən istifadə etdiyini iddia edib.

O bildirib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ Ədliyyə Nazirliyini seçkilərə açıq-aşkar müdaxiləsinə görə "Google"u məhkəməyə verməyə çağıracaq.

Trampın açıqlamalarının "Google"un axtarış alqoritminin Harrisə Trampdan daha çox fayda verdiyini iddia edən mühafizəkar Media Araşdırma Mərkəzinin araşdırması ilə əlaqəli olduğu düşünülür.

"Google" ittihamları rədd edib və axtarış alqoritminin heç bir namizədə üstünlük vermək üçün manipulyasiya edilmədiyini bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu