"Sea Breeze"dəki həmin aquapark bağlandı - "Water Park"dan AÇIQLAMA


"Sea Breeze" ərazisində yerləşən akvapark hazırda fəaliyyət göstərmir.

AFN.az-ın əldə etdiyi məlumata görə, 14 avqustda akvaparkda baş verən hadisədən sonra obyektin fəaliyyətinə ara verilib. Bu barədə saytımıza hadisə baş verən "Water Park"dan bildirilib. Obyektin açıq mənbədə göstərilən telefon nömrəsinə zəng edərək hadisə ilə bağlı təfərrüatları öyrənmək istəsək də, heç bir məlumat verilmədi. Telefona cavab verən əməkdaş bildirdi ki, rəhbərlik tərəfindən məlumat verilməməsi ilə bağlı göstəriş verilib.

Telefon danışığı zamanı bildirildi ki, akvapark hazırda bağlıdır. Obyektin nə vaxt fəaliyyətini bərpa edəcəyi və bağlanmanın səbəbi ilə bağlı isə əlavə məlumat verilmədi. 

Qeyd edək ki, avqustun 14-də "Sea Breeze" ərazisindəki akvaparkda azyaşlı uşağın filtrasiya sistemi tərəfindən özünə çəkilməsi barədə məlumat yayılıb. Məlumata görə, hadisə "Sea Breeze" ərazisindəki "Water Park"da baş verib. Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayaraq xəbəri təsdiqləyib. Bildirilib ki, görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.


AFN.az məsələ ilə bağlı aidiyyəti qurumlardan əlavə məlumat almağa çalışır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu