Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turunda bu gün daha iki qarşılaşma baş tutacaq.
AFN.az xəbər verir ki, günün ilk oyununda “Araz-Naxçıvan” “İmişli”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq. Matçın baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov, Akif Əmirəli və Ruslan Quliyev kömək edəcəklər. VAR hakimi Nicat İsmayıllı, AVAR isə Tərlan Talıbzadədir.
Turun gün üzrə son qarşılaşmasında “Sabah” “Kəpəz”lə üz-üzə gələcək. “Bank Respublika Arena”da keçiriləcək oyun saat 20:45-də start götürəcək. Görüşü Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev və Əli Əliyevdən ibarət hakimlər briqadası idarə edəcək. Rauf Cabarov VAR, Elşad Abdullayev isə AVAR funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, I turun açılış matçında “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Turun digər oyunları avqustun 16-17-də keçiriləcə
