Almaniyada meşə yanğını səbəbindən təxminən 2 min nəfər təxliyə edilir



Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Hürtgenwald qəsəbəsində baş verən meşə yanğınının yaşayış məntəqələrinə yaxınlaşması ilə əlaqədar təxminən 2 min nəfərin təxliyəsinə başlanıldığı bildirilib. 

AFN.az xəbər verir ki, bələdiyyədən verilən açıqlamada alovların yaşayış məntəqəsinə təxminən 200 metr yaxınlaşdığı qeyd olunub.

Açıqlamada ərazi sakinlərinin təxliyəsinə başlanıldığı bildirilib. Polis təxminən 2 min nəfərin təxliyəsi zamanı indiyədək hər hansı problemin yaşanmadığını qeyd edib.

Səlahiyyətli şəxslər təxliyə edilənlərdən özləri ilə yalnız zəruri şəxsi əşyalarını, şəxsiyyət sənədlərini və dərmanlarını götürmələrini istəyiblər.

Bələdiyyə ərazi sakinlərinə güclü tüstü səbəbindən ağız və burunlarını parça, geyim və ya maska ilə örtmələrini tövsiyə edib.

Ərazidən uzaq durulması istənilib.

Bələdiyyə sərhədləri daxilində təxminən 300 hektar meşəlik ərazinin yanğından zərər çəkdiyi bildirilib. Bu ərazi təxminən 420 futbol meydanına bərabərdir.

Almaniya ordusu yanğının söndürülməsi işlərinə dəstək vermək üçün əraziyə tanklar göndərib.

Almaniya ilə Belçika sərhədinə yaxın yerləşən Hürtgenwald qəsəbəsində təxminən 9 min nəfər yaşayır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu