Meduza sürüsü nüvə reaktorunu dayandırdı



Fransanın şimalındakı Gravelines Atom Elektrik Stansiyası meduzaların axını səbəbindən ardıcıl iki il eyni tarixdə dayandırılmaq məcburiyyətində qalıb.

AFN.az xəbər verir ki, Nature-a jurnalının yaydığı xəbərə görə, reaktorların soyudulması üçün istifadə olunan su nasos stansiyalarını tıxayan sıx meduza kütləsi səbəbindən stansiyada ehtiyat tədbiri olaraq istehsal dayandırılıb.

Eyni stansiya 11 avqust 2025-ci ildə də oxşar meduza istilası səbəbindən dörd enerji blokunu bağlamaq məcburiyyətində qalmışdı.

Stansiyanın operatoru EDF şirkətinin oxşar hadisənin qarşısını almaq üçün yüz minlərlə avro xərcləməsinə baxmayaraq, hadisənin 12 ay sonra eynilə təkrarlandığı bildirilib.

Ekspertlər baş verənlərin iqlim dəyişikliyinin ciddi nəticəsi olduğuna diqqət çəkirlər. Dəniz suyunun temperaturunun yüksəlməsi meduzalarının qidalandığı planktonların miqdarını artırarkən, bu canlıların çoxalma dövrünü də sürətləndirir.

EDF stansiyanın ətrafında balıqçı qayıqları yerləşdirərək meduza kütlələrini stansiyadan uzaq saxlamağa çalışdığını və obyektin qarşıdakı günlərdə tam gücü ilə fəaliyyətə qayıdacağını açıqlayıb.

Xəbərdə təbiətin insan infrastrukturunun və elmi obyektlərin fəaliyyətini pozduğu yeganə hadisənin meduzaların olmadığına diqqət çəkilib.

ABŞ-ın Konnektikut ştatında bir yenotun elektrik transformatoruna girməsi nəticəsində mindən çox elektrik kəsintisinin baş verdiyi və 2 min 500-dən çox abonentin işıqsız qaldığı xatırladılıb.

Eyni şəkildə, Vaşinqtondakı Qravitasiya Dalğaları Rəsədxanasında (LIGO) buz bağlamış soyutma borularını dimdikləyən qarğaların həssas ölçmə cihazlarında məlumatların pozulmasına səbəb olduğu, CERN-dəki Böyük Adron Kollayderində isə soyutma sistemlərinə düşən bir çörək parçası səbəbindən elektrik kəsintisinin baş verdiyi bildirilib.

Ekspertlər bu cür halların insan fəaliyyətinin təbii həyata müdaxiləsinin və yaşayış məkanlarının dəyişdirilməsinin əks-sədası olduğunu vurğulayırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu