Ərdoğan və Makron razılığa gəldi


"Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron fərqlilikləri azaldıb ortaq bir yol tapılmasına dair razılığa gəlib".



"MediaPost" xəbər verir ki, bunu prezidentin mətbuat katibi İbrahim Kalın "Reuters"ə verdiyi açıqlamasında bildirib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı arasında baş tutan telefon danışığının müsbət keçdiyini bildirib:

"Son görüşdə yaxşı fikir mübadiləsi baş tutdu. Atmosfer çox müsbət idi. Fərqlərimizi müzakirə etmək əvəzinə bunu azaldaraq ortaq bir yol taparaq razılığa gəldilər. Bunun yaxşı bir başlanğıc olduğuna inanırıq. Həmkarlarımızla görüşüb məsələni müzakirə etməyi tapşırdılar. Bu səbəblə Xarici İşlər nazirimiz Mövlud Çavuşoğlu həmkarı ilə görüşəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu