Maradona ilə vida mərasimi Prezident Sarayında olacaq


Bu gün Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.



"Report" xəbər verir ki, mərasim yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq.

Vidalaşmaq istəyənlərin qəbulu əfsanəvi futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu