ABŞ-ın BMT-dəki keçmiş səfiri vəzifəyə namizəd göstərilib


ABŞ-ın yeni prezidenti Cozef Bayden Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) başçısı vəzifəsinə Samanta Pauerin namizədliyini irəli sürüb.



“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, o, 2013-cü il avqustun 5-dən 2017-ci il yanvarın 20-dək ABŞ-ın BMT-dəki səfiri olub.

Qeyd edək ki, USAİD 1961-ci ildə ABŞ prezidenti Con Kennedinin təşəbbüsü ilə yaradılıb. Agentlik Dövlət Departamentinin strukturuna daxildir və ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət hədəflərinə beynəlxalq arenada yardım edən başlıca mexanizmlərdəndir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu